Dil insanlara həyat, tanrılara isə ad bağışlayır | Eyvaz Taha

“Düşüncə yoxsullumuzun yanılğılar qrammatıkası” silsiləsindən*

Türk dilinin ayrı-ayrı qolları 1920-ci illərdə “Ortaq Türkcə” adlana biləcək fenomendə həqiqi anlamda parçalanma baş vedri. Bu parçanlanmada türkceninin müxtəlif qolları qırmızı Moskvanın “Milli məsələ” adlı doktrinası əsasında adalar şəklində formalaşmağa başladı. Bu gəlişim gedişində türkçülük ittihamının qılıncı dil qurumlarının başı üstə dayandığından, doğma istanbul türkcəsi Rus, Ərəb və Fars dilləri ilə müqayisədə daha özgə qarşılandı. Sonucda həmin dildə aparılmaqda olan köklü isalahat və yenişmələrə yabancı gözlə baxıldı.
Türkcənin Qırqız, Özbək, Türkmən və Qazax qolları kimi Azərbaycan türkcəsi də 1937-ci ildən səhv istiqamət aldı. Əhməd cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid və bu kimi yaracıların sıradadn çıxarılması ilə Azərbaycan türkcəsi partiya məddahlarının əli ilə Sovet gündelik zərurətlərinin qurbanlığına çevrildi. Və türkçülükdə damğalanmaq qorxusu kontekstində özünün zəngin söz xəzənəsindən get-gedə imtina etdi. Bunun ən aydın göstəricisini bir yandan yoxsul və yabancılaşmış elmi dildə görürük, o biri yandan isə insan adlarında. 60-cı illərin siyasi durumunda ədəbi didə inkişaf başlandısa elmi dil özgələşmənin ağır hegemoniyasından qurtara bilmədi. Bağımsızlıq dönəmində bu istiqamətin dəyişəcəyinə böyük baraq yaransa da, dil qurumları və siyasət adamlırı problemdən yan keçdilər. Bunula da dildə gözədəyər bir irələləyiş və ya heç olmasa dəyişiklik baş vermədi. Elmlər Akademiyasın Terminogiya Komitisinin başını atıb yatdığı bir vaxtda dilimizə axışan özgə sözlər, söz birləşmələri, terminlər və hətta cümlə quruluşları dili daha da eybəcərləşdirdi. Bu durum Güney Azərbaycanın indiki “Kimlik intibah cərəyanı”na  ağır bir zərbə idi. Çünki, həmin cərəyan Quzeydəki dilə marağını itirdikdən yeni bir standard dil gəlişdirməyə girişdi. Bu girişim qismən uğurlu alınsa da, geniş miqyaslı bir ifadə anarxiysı ilə müşayiət olundu. Çünki Güney yazarlarının belə bir təşəbbüsə gərəkli dil bilgiləri və tarixi təcrübələri yox idi.
Mən bu problemi silsilə yazılarda araşdırmağa çalışacağam. Burda ancaq ana dilinin önəmi və dillə təfəkkürün qarşılıqlı əlaqəsi barədə bir yanlış təsəvvürə toxunuram. Bu təsəvvür dilin sirf ifadə vasitəsi olmasıdır.

1. Dilin avtonum/özərək  varlığı vardır. O, yalnız düşüncənin ifadə vasitəsi deyil, yalnız insanlar arasında ünsiyyət qulluqçusu deyil. Burdan aşırı nəticə çıxararaq dili dil üçün qabartmaq istəmirəm. Pratik səviyyədə, dili dil üçün gəlişdirmək nə inki absurddur, həm də mükünsüdür. Dil toplumsal yaşamın törəməsi olaraq bir yandan iqtisadi, siyasi və coğrafi şərtlərlə dialektik əlaqədədir, o biri yandan isə düşüncə/təfəkkür ilə.
Düşüncə kimi dil də yaxşı yaşam tərzinə gərəkli olan açar elementlerdən biridir. Mutlu, duyarlı və bilincli bir yaşam üçün çeşidli amillər gərəkdir. Bu amillərə ayrı-ayrı deyil, kollektiv şəkildə  baxılmalıdır: ədalt, özgürlük, radikal demokratiya, əxlaq, ədbiyyat, incəsənt, əylncə və düşüncə. Ədaltdən məqsəd sərvət və qüdərət qaynaqlarının bərabər paylanmasıdır, radikal demokratiyadan məqsəd güc strukturunun bütövlüyünü dağıtmaqdır, özgürlükdən məqsəd isə inanc, söz, din və dil azadlığı. Dil bunların davamında yerləməşir, bəlli anlamda bunların yatağıdır. Dilsiz durumda insan yalnız subyektiv bacarığını itirmir, obyektiv hərkət riskini də itirir. Bu isə onun iflic bir duruma düşmesi deməkdir. Belə bir durumda nə ədaltə yaxınlaşmaq olar, nə də özgürlüyə. Üstəlik, belə bir durumda hər bir fərdin qarşılaşdığı kimlik gərginliyi, onun dünyagörüşünə və dəyrlər sisteminə kölgə salır. Çunki dil diskursun beşiyi olaraq, kiməlikçi siyasətlərlə dərin ilişgidədir.
2. Bəzən belə bir söz səslənir: öncə dili inkişaf etədirməli, sonra düşünməyə başlamalıyıq. Bu təsəvvür  yanlışdır. Dili düşüncədən öncə gəlişdirmək marağı dilə bayağı baxışdan irəli gəlir. Dilin yalnız düşüncə aracı olması təsəvvüründən. Halbuki dillə düşüncə dialektik ilgidədirlər. Onları eyni zamanda bir-birinin işığında, bir-birinin yardımı ilə gəlişdirmək olar. Məşq apararaq, yoxlama-yanılmalar  gedişində onları irəli götürmək olar. Zaman gedişində onların incəliklərinə vara- vara dil-düşüncəni çiçəkəlndirmək olar. Təkrar edirəm, bu iki fenomen,  yalnız ayaqlaşaraq bəlli ideala doğəru addımlaya bilərlər. Dil düşüncəni istehsal edərək gəlişir; dilin düşüncədən öncə gəlişdirmək marağı illuziyadır.
4. İnsanın düşüncəsi dildə baş verir. Habelə, insanın varlığı dildə gerçəklşədiyi zamandan o, başqa canlılardan seçimələyə başlayır. Airitotel insanın heyüanlara üstünlüyünün başlıca səbəbini “nitq”də gördükdə yanılmır. İnsan danışan heyvandır. Çünki bir az uzaqlara getsək, dil nə inki onun düşüncəsinin, bəlkə varlığının da evidir. Məsələnin belə qoyuluşu heç də qəribə səslənməməlidir. Martin Haydegerə görə, «dil dosseyn[۱] varlığının vasitəsi, və ya insandan asılı olan bir arac deyil. O, insanın özünü aşkar etəmə düzənliyidir. Dil insandan asılı deyil, insan dilə bağlıdır. [Başqa sözlə] düşünmək, hər türlü fikir yürütmək, danışma yurdunun bir bölgəsidir.» Moris Korvezin fikrincə, dil olmadan nəsnələr heç vaxt indiki kimi var olmayacaqdılar. Çünki dil nəsnələri istəniln biçimdə yaradır, bizə də onları yaratmaq gücünü bağışlayır.
5. Tutalım dil düşüncənin forması və ya zərfidir. Hətta beləcə fərz etdikdə, bu formanın önəmi heç də o məzmundan az deyil. Antik fəlsəfənin dili ilə desk, nəsnələrin zatı onların formasındadır. Bunu da göz önünə alanda ki, substansya maddə ilə deyil, daha çox forma ilə bağlıdır, şaşırdıcı bir nəticəyə varırıq. Başqa sözlə, nəsnələrin substansiyası ən xalis formalarda yerləşir. Baxmayaraq ki, ən xalis formalar yalnız tanrıda və “aktiv us”da bulunur.[۲] Sözün qısası, dil düşüncənin anlatım ortamı, forması və zərfi kimi nəzərdə tutulsa belə, insan varlığının ilkin mənası düşüncədən deyil, ondan asılıdır. Dil düşüncənin forması olmaqdan daha artıq bir fenomendir.
6. Dil ətraf gerçəkliklə düşüncə arasında yerləşəmiş aydın, duru və kəskin bir medium deyil. Yoxsa bu qədər metaforik və allegorik danışıq tərzi ilə lillənməzədi. Doğrudur, dış almdən baş alıb gələrək sinirlərimizi dürtmələyən motivlərdəndir ki, beynimizdə imajlar yaranır. Niçeyə görə, biz həmin sinir dürtülərindən beynimizədəki imajlara tullanırıq. Sonra beyindəki məzmundan hansısa bir “ad”-a doğəru geri dönürük. Başqa sözlə beyindəki məzmuna ad qoyuruq. Konsepsiaya budur. Bu ad əlbəttə nəsnələrin zatına ayd deyil, insanlar arasındakı hansısa mənanın üzərində uzlaşmanın tzahürüdür. Məsələn “İt” sözü zatən müəyyən vəfalı heyvana dəlalət etmir, insanlar beləcə qərara gəliblər ki, İt söze yazıldıqda və ya sləndikdə müəyyən heyvanın təsviri zehndə canlansın.
Problemin kökü bundan da dərinlərə gedir. Subyektlə obyektin arasındakı uçurum doldurulmazdır. Bu iki fenomen arasında səbəbiyyət ilgisi yoxdur, estetik ilişəkilər var. Belə bir qarmaqarışıq, xaosvari durumun içındən bu sonuc çıxır: zehən gerçəkliyi olduğu kimi yansıda bilmir, dil də onu istələnilən biçimdə ifadə etmir, ya da edə bilmir.
Bəli, «zehn gerçəkliyi olduğu kimi yansıda bilmir.» Bu cümələdə dillə düşüncə sınırları  ortadan qalxır. Bilmirsən söz dildən gedir, yoxsa düşüncədən. Metaforun kölgəsində bu sınır daha da itib batır.
Təkəcə şairlər deyil, elm adamları da həmişə metaforik dildə danışmaqdan yaxa qurtara bilimirlər. Baxmayaraq ki, açıq toplumlara nisbət qapalı topəlumlarda metafor daha güclüdür. Belə ki, bu toplumların danışıq tərzində metaforun nəfəskəsn bir hegemoniyası var. Bunu Mixayil Baxtin və Romen Yakubsondan ilham alaraq deyirəm.[۳] Niçəyə görə, gerçəkliyi metaforik dillə anlatmaq istədikdə, qolsuz bir rəssamdan da geri qalırıq. Belə anda öz təsəvvürlərini  mahnı ilə ifadə etmək istəyən o rəssamın işi bizdən daha uğurlu alınır! Sözün qısası, dil heç vaxt demək istədikəlrimizi söyləmir. Düşüncələr aydın anlamlarla zəhn düzəlyində uturmamışlar ki, onları dil aracılığı ilə nəsnələrə soxuşduraq. Biz qarşılıqlı fəhm gedişində düşüncəni yaradırıq, dəyişdiririk, lillədirik, durulduruq, azaldırıq, çoxaldırıq və təhərif edirik. Bunları bilərəkdən etəmirik, iradəmizdən asılı olmayaraq idrakımızın mahiyyəti belədir.
7. Dil deyəndə biz burda iki ayrı-ayrı sınaqla qarşılaşırıq: ana dilimiz və öyərnədiyimiz başqa dillər. C. Mehətanin söylədikləri əsas tutulursa, ana dili ilə özgə dillər arasında, mahiyyət baxımından, dərin uçurum ortaya çıxır. Ana dilində canlanan varlıq haqqındakı təcrübələrimiz birbaşadır. Biz o təcrübələri içimizdə yaşayırıq. Dil də varlığımızı heç bir zədiiyyət duymadan anlamlandırır. Bir sözlə, varlığımız “doğma dildə” gerçəkləşir. Amma başqa dildə danışanda sanki biz alınma bilik vasitəsi ilə təcrübələri anladırıq. Biz ana dilində, aktiv və müdaxiləçi mövqə tutaraq dünyanı — dəyişik görkəmdə olsa belə– dil qəlibində canlandırırıq. Amma özgə dillərdə biz ancaq neytral və passiv gözlə çevrəni seyr edir, varlıqdan aldığımız təssüratı məniməsəyirik.
8. Dil də daxil olmaqla insanın verili fenomenlərə öyünməsi məntəqisizlikdir. Onun harda anadan olması, hansı qəbilə və ya millətə bağlı olması, hansı dinə qulluq etəməsi ondan asılı deyil, istəmədən ona verilmişdir. Əxlaqı baxımdan, bunları üstünlük, öyüş və ayrı-seçkilik ölçüsünə çevirməyin anlamı yoxdur. Çünki onların qazanılmasında insanın əməyi yoxdur. Ancaq fəlsəfi baxımdan, bu verili fenomenlərin içındə dilin qəribə statusu var. İnsan səsdən dilə keçəməklə “insan” adı qazanır. Söz ana dilindən gedir. İçində doğulduğumuz dil bizimlə danışır. Dilin güdükçüdür. O, özünün gizli qatlarında tanrılarla, düşüncələrlə və insan davranışlarıla gizli bir bağlılığı qoruyub saxlayır. Yaşamın çırpındığı hər yerdə dilin təsiri, izi, hegemoniyası gözə çarpır. Habil Əliyev, Heynrix Heynedən ilham alaraq, «dil susanda musiqi dil açır» söyələmişdi[۴]. Bu şairanə yozuma baxmayaraq, qarğı dəliklərindən bayıra çıxmağa vurnuxan musiqi notlarında belə, dil öz ruhunu üfürür.

Yarpaq qəzeti 2004
Son redaktə, yanvar 2015
_______________________
[۱] Haydeger Docsein terminini diqqət mərkəzində saxlayır. Docsein elə bir varlıqdır ki, varlıq barəsində soruşuru. Demək insan, kaynatın təkəcə mövcududur ki, vücud haqqında suruşmağı bacarır.
[۲] Aristotel “Metafizika”, yedədinci kitab, Zeta.
[۳] Bu haqda geniş bir məqaləm var, onu uyğun fürsətdə təqdim edəcəym.
[۴] Habil Əliyev bu ifadəni “Yol” dərgisi üçün onunla apardığımız bir müsahibədə söyələmişdi.
*Başlığı seçərkən papa 9-cu Piosun 1864-də başlatdığı “Yanlışlıqlar cədvəli” (Syllabus of Errors) adlı uyğulaması birinci ilham qaynağım oldu. Papanın məqsədi liberalizm və liberalları qınamaq olsa da mənim yazılarım tərs yöndə gəlişəcəkdir. Sonralar Kamal Abdullanın «Səhvlrimizin qərammatıkası» adlı məqaləsi, başlığın beləcə formalaşmasında yardımçım oldu. Baxmayaraq ki, o məqalə ilə bu materialın heç bir məzmun və metod bənzərlikləri yoxdur.

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *