YOL dərgisi barədə qısa bilgi

BİR ZAMAN “YOL” YOLA DÜŞMÜŞDÜ

 

“Yol” ötən yüzilliyin 90-larında Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan tüٍrkəcəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların “Keyan”[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üٍzu görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökümət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özüٍndən önəmsiz olmayan “Kəpənğk” dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifəlrinin sayı 64ـdə qədər artımş bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilrində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üٍzu gördükdən sonra məzmun və dilin diyəşidirilməsinə dair gələn hökümət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.

 

E. TAHAnın keyhanda əməkdəaşları bunlar idi: rəhmətlik professor Həmid Məhəmmdəzadə, İsmayıl Hadi, Əli Urmulu, Abdulla Bəhrülulumi, Atila Maralanlı, Qəhrəman Nuranı, Əkbər Azad, Elşən Seyidzadə, Əmin Sidiqi, Elyar Kərimxanlı, Nuşin Musəvi.

 

Görkəmli alim doktor Cavad Heyət başda olmaqla Azərbaycanın tanınmış alimləri, yazarları və şairlərinin əksəriyyəti öz əsərləri ilə yolda çıxış etmişlər. İndiki tanınmış rəssamların bir nəçəsi, o cümlədən Hüseyn Novruzi Yol dərgisi ilə şöhrət qazanmağa başlamışlar. Yolun loqosu böyük rəssam və heykəltəraş Nəcibinin işidir. 

 

* Tehranda yerləşən “Keyhan” müəssisəsinin buraxdığı “Keyhan” qəzeti vaxtiylə İran mətbuat tarixində ən qədim və ən nüfüzlu mətbu orqanların biri, nüfuz baxımından bəlkə də birincisi olmuşdur. Keyhan müəssisəsində 15-dən çox qəzet və jurnal buraxılır ki, onların ən önəmlisi Keyhan gündəliyidir. Keyhan 90-ci illərin ortalarına qədər Başda seyid Məhəmməd Xatəmi olmaqla islahahatçıların nəzarəti altında idi, “Yol” da elə məhz o zamanlar buraxılırdı. Amma sonralar Keyhan müəssisəsinin İranda gedən islahat hərakatına qarşı çıxdığı üçün onun buraxdığı bütün mətbu orqanlar gözdən düşdü.

 
Posted in Yol

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *