Bu, yalnız bir qəzet deyil, azadlıq ocağıdır

Azadlıq qəzetinin yenidən buraxılışı münasibəti ilə

Azaliq-Qezeti Sayın Qənimət Zahid və Azadlıq qəzetinin dəyərli əməkdaşları!
Sözsüz Azadlıq qəzeti bütün Azərbaycan türk xalıqının qurtuluş mübarizəsinin danışan dilidir. O, yalnız bəlli partiyaya bağlı bir qəzet deyil, xalqın səsidir. “Azadlıq” gerçək anlamda özgürlük ocağıdır.
Məncə “Azadlıq” probleminin kökündə təkcə siyasi motivləri axtarmaq düzgün olmazdı. Burda daha dəhşətli bir problemlə qarşı-qarşıyayıq— şou bizneslə, əyləncə ideologiyası ilə. Nə qədər ki, toplumsal qurumlar və qeyri-dövlət təşkilatları populizmə qapılaraq bu promlədən yan keçirlər, nə sosyal aktuallığı gücləndirmək arzusu doğrulacaq, nə də “Azadlıq” kimi prinsipal mövqeli yayım orqanlarını ayaqda saxlamaq mümükün olacaq. Azərbaycan türk xalqı əyləncə idelogiyasından düşüncə və ictimai sorumluluq sahəsinə yayınmalıdır. Belə olmadıqda ictimai dəyişimlərin subyekti olan Azərbaycan insanı özünü bayıra tullamqdansa öz içinə çəkilərək buxov qırmış capital qarşısında sarsılacaq.
Bu gedişə boyun qoymaq istəmiriksə “Azadlıq” kimi ocaqları qorumalıyıq. Azadlıq qzetinin yenidən yayım dünyasına qayıtmağı münasibəti ilə sizi və bütün xalıqımızı təbrik edirəm.

Nəşri dayandırılmış Yarpaq qəzetinin baş yazarı
Eyvaz TAHA
Tehran, 16.11.2013

You may also like...

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *