تبليغاتX
www.eyvaz.org - Azərbaycan toplumu və düşüncə afətləri: 8

www.eyvaz.org

www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.org

"kimin hökmranlıq etməsi" önəmlıdir

yoxsa "necə hökümət etmək"

 Eyvaz TAHA

Ədalət və azadlıq tsadüfi bir ləzzət deyil. Habelə bu iki kateqoriya Hökmranın xüsusiyyti deyil, hökümətin özəlliyidir. Bununla mən nə demək istəyirəm?

Klasik mətnlərdə hökmrana öyüd verilir, ondan ədalətli olmaq, insafı onutmamaq və yumuşaqlıqla davranması istənilir. Demək olmaz ki, bu öyüdlərin heç bir etkisi olmayıb. Bu öyüdlərin nəticəsində vaxt olub hökmran günahsızcasına suçlandırılmış vətəndaşın qanından keçib, lakin həmişə belə olmayıb, hökümətin müyyən sınırları içərisidə yaşayan tabelərin canı və malı heç bir nəzarət və maneə olmadan padişahın halal malı sayılıb. Keçmiş tarixin ana xətti güc quruluşlarının çıynində oturmuş özbaşına hökmranların əmrilə yazılıb, çünki onlarin nəzərincə ləyaqətin ölçüsü vətəndaşların haqlarına reayət etməkdə deyildi, müharibələri sivri qılıncların gücünə qazanmaqdaydı. Görən niyə keçmiş hökmdarlar çox vaxt öz yollarına gedərək, özlərini kütlə qarşısında sorumlu görməmişlər? Bu əxlaqi tapşırıqlar ədalətli bir toplumu gəlişdirməkdə niyə yetərincə yararlı olmamışdı?

Səbəb aydındır: əxlaq fərdi sahadə etki buraxırsa, ictimai sahadə etkisini itirə bilir. Bizim fərdi xoş niyyətlərimiz toplumda əks nəcələr bağışlaya bilər. Çünki fərdi və ictimai sahalərin özünə məxsus mexanizmi vardır. Örnəyin, fərdi baxımdan insaflı bir tacir, bazar mexanizminə boyun qoymasa bazardan həzf olunacaq. Çağdaş bazar fərdi əxlaqla yanaşı geniş rəqabətə söykənir. Və bu rəqabətin kökləri əxlaqda deyil, iqtisad elmində yerləşir. Buna görə də adını çəkdiyimiz tacirin ayaq üstə qalması və ticarət işinin inkişafı əxlaqa söykənmir, iqtisadi rəqabətə dayanır. Güc məsələsinə gəldikdə, gücün özünə görə quruluşu vardır. Güc bəlli mexanizm əsasında paylanır. əgər bu quruluş zalimcəsinə oluşursa öyüd verməklə hökmranı əxlaqi davranmağa qaldırmaq olmayacaq. Çünki ictimai quruluş insanların fərdi istəyinin qarşısında dayanır. Başqa sözlə, saleh bir hökmran zalim quruluşun içində zülmlə davranmalı olacaq, ya da könlü çəkən vaxt zor deyəcək.

Əski siyasət fəlsəfəsi fərdin daxili saflığını vurğulamaqla ədaləti hökmranın daxili məsələsinə çevirir. Hakimə öyüd verənlər guman edirlər hakim düzəlirsə toplum da düzəlir. Lakin bunu onudurlar ki, hökmdar da insandır, insan isə çatışmaz bir varlıqdır. Çatışmaz deməyək, insan gücə vurğun olan bir varlıqdır deyək. Nəzarət və kontrola boyun əyməyən güc, elə bir insanın əlində toplanırsa, ictimai imtiyazlar və sərvət qaynaqlarının müəyyən əllərə keçməsi ilə faciə törədə bilər. Burda ikinci bir yolun önəmi göz önünə gəlir: Saleh hökmranın üzərində təkid etməkənsə, düzgün siyası quruluş yartmaq gərəkdir.

18-ci yüz illikdə Montesquieu* birinci yola getmədi, yəni özgür və ədalətli toplum yaratmaq üçün hökmrana öyüd verməyi seçmədi. O, hakimiyyətin üç qanada bölünməsi ilə gücün paylanması anlayışını irəli sürdü. Beləcə də özgün demokraiyanin təməl daşını qoydu. Bu üç qanad bunlar idi: qanun vericilik orqanları, dövlət və yarği sistemi. Sonralar mətbuat da bu üçlərin dördüncüsü sayılmağa başladı. Bu orqanların o birisinə bağımsızlığı, bir yandan gücün müəyyən şəxsin əlində toplanmasına mane olurdu, o biri yandan isə hakimiyyət strukturlarının kütlə tərəfindən seçilməsi, onlara nəzarət imkanlarını artırırdı. Belə bir quruluşda hər bir hakim kimliyindən və şəxsi özəlliklərindən asılı olmayaraq müəyyən səlahiyyət əsasında davranmalı olur. Belilik də o, legitimliyini qılıncdan, göydən, atadan və soykökündən almır, qanunlara sadıq qaldğından alır. Keçmiş hakimi qılıncdan başqa heç bir vasitə ilə bərk bərk sarmandığı kürsüdən uzaqlaşdırmaq olmurdu, amma demoratik yollarla güc qazanmış hıküməti qan tökmədən devirmək olur. Demek, keçmiş dünyada "kimin hökmranlıq etməsi" önəmlı sayılırdısa, çağdaş dünyada "necə hökümət etmək" məsələsi önəm daşıyır, ya da daşımalıdır. bir ayrı yol da var: GÜCün əlindən tamamilə azad olmaq; ANARXİZM.

Hər dövlət bir məcbiriyyət, bir zorakılıq üzərində dayanır. Güc (power) isə təkcə Hegemoniya deyil. Güc Mişel Fukonun fikrincə "Özəl bir toplumda, bəlli zamanda məcmuriyyət ilgilərinin çərçivəsidir. Məhbəsdə həm dustaqlar, həm də dustaqbanlar müəyyən və birgə inzibati və güdmə funksiaları, çərçivəsində, və məhbəs tikintisinin içində yaşayırlar. Həm hakim, həm məhkum gücün etkisindən qıraqda qalmırlar, baxmayaraq ki, bu etki çox vaxt hakimin xeyirinə və məkumun ziyanı axarında cərəyan edir.

Dedim ki, hər dövlət bir məcbiriyyət, bir zorakılıq üzərində dayanır. Bu özəllik gücün fərdlərə qarşı işlənməsinin uzun tarixə malik olmasına səbəb olmuşdur. Bunula da şaşırdıcı deyil ki, aydınlanma dönəmindən sonra totaliter güc quruluşlarının laxlaması ilə toplumun bir bölümü anarxia fikrinə düşülər: Dövlət timsalında gəlişən güc, rəhmsiz bir devdir, onu şüşədə saxlamaq gərəkir. Kropotkin Və Bakunin gücləri çatysaydı bunu edəcəkdilər. Amma gücün şeytan üzünün astarında, qanun, nizam-intizam, ictimai dinclik, iqtisadi qaynaqların paylanmasına nəzarət etmək də yatırdı. Fransis Fukuyama çağdaş dövlətin uğurunu bu paradoksun həllində görür: Dövlət "qanunu tətbiqi etmək və ictimai asyişi qurumaq üçün güclü olmalıdır, eyni halda özünü məhdudlaşdırmalıdır ki, iqtisadi inkişafın yolu açılsın." Başqa sözlə dövlətin gücsüzlüyü ictimai quruluşlarının dağılmasına, asayişin pozulmasına, qarmaqrışıqlığın yaranmasına gətirib çıxaracaq. Dövlətin həddindən artıq güclülüyü də totaliterzmə, hökmarının kim olması anlayışına. Toplumun çeşitli quruluşlarında paylanmış güc elementlərini öz caynağına keşirmiş dövlət, sonda yaxşı davranışdan uzaqlaşacaq, fərdin əlində toplanacaq. Bu isə bizi "kim hökmranlıq etməli" məzmunlu siyasət fəlsəfinə qaytaracaq. (Bu haqda gələcəkdə daha geniş danışacağıq)

ـــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

*Charles Montesquieu (1689-1755) Fransiz fikir adamıdır. "Romalıların yüksəlmə və çökmə səbəbləri" və "Qanunların ruhu" onun tanınmış əsərlərindəndir.

(Bu material Eyvaz TAHAnın çapa hazırladığı "Aərbaycan toplumu və düşüncə afətləri" kitabından sadələşdirilərək vrilir.)

+ YAZILMIŞDIR  Thu 11 Oct 2007SAAT 20:49     | 


LATİN ƏLİFBASINDA YAZILAR | KİMLİK | E-Mail| ARXİV| YAZILARIN BAŞLIĞI| ANA YARPAQ|
● Bir grup öyrəncilərə bağlı bu internet düşərgəsi azərbaycanlı yazıçı
və düşünər EYVAZ TAHAnın yazılarını yayır.
● Düşərgədə gedən yazılara görə sayın müəllifdən icazəli olsaq da bütün
texiniki çatışmazlıqların mısuliyyıti bizim üzərimizə düşür.
● BU İNTRNET DÜŞƏRGƏSİNDƏN GÖTÜRÜLMÜŞ YAZILARIN QAYNAĞI MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR.
● Bizim E-mail ünvanımız: yarpaqnews@gmail.com
● Yazarın E-mail ünvanı: eyvaztaha@gmail.com
© Bütün hüquqları qorunur və düşərgə sahibinə məxsusdur.