UCQARDAN ORTAYA
EYVAZ TAHA
Bir çox millətlər kimi, bizim tariximz də kişilərin oylağıdır. Doğrudur, dədə qurqudda, Əsli-Kərəmdə və Abbas-Gülgəzdə qadın söyləmləri [diskurslrı] ilə qarşılaşırıq. Amma bu ucqardır. Ucqar deyəndə bir daha vurğulamaq istəmirik ki, Ərəblər qız uşaqlarını diri-diri basdırırdılar. Bilirik, Hemurabi qanunlarında deyilirdi ki, bir kişi hansısa aristokrat kişinin qızını döyərək öldürsə o kişinin özü yox, qızı öldürülməlidir. Xoşbəxtlikdən bunlar uzaq keçmişlərdə qaldı. İndi bunu demək istəyirik: mərkəz tarix boyu ardıcıl olaraq kişilərin əlində olmuşdur. Bunun sonucu aydındır. Qadının səsi şeir coğrafiyasından yoxa çıxdıqda, tarixin yarımkürəsini səssizlik bürüyür: qadın yarımkürəsini. Çağdaş girişimlər də bu susqunluğu ona görə poza bilmir ki, qadını topluma aparıcı amil kimi qaytarmırlar. Ona ucqarda dekorativ bir yer ayırırlar.
1
Feminizmi, gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtülərdən biridir. Çünkü burda "qadın"dan məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Pariarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindəndirsə, bunu femenist qadınlarda daha artıq görmək olar.
Jak Lakan bundan daha dərinlərə gedir. Lakana görə, dilin iki yönü vardır: onların biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü əzib basdırsın. O biri yandan, bilincaltı yön də sabit anlamları və gramatikanı laxladıb uçurtmaqla dilin qaydalı yönünü dağıtmağa çalışır. Bu sözlərdən yararlanaraq sözümün canı budur: dilin umumi və qaydalı yönü kişiyana və pariarxallıqcasınadır. O biri yön, dilin qayda qanunlarına qarşı dağıdıcı döyüşü aparır: femenist gerçəklik özünü doğrultmağa və göstərməyə can atır. Şeirin yaranması zəkadan daha artıq bu ikinci yönə bağlıdırsa, onda qadın səsinin şeirdə önəmi bir daha təsdiqlənəcəkdir.
Doğrudur qadın səsinin eşidilməsinin ilkin şərti femenist olmaq deyil. (femenizm anlayışına bağlı bəzi ictimayi axımların ifrata varması, Bir çox qadınları beləcə adlandlrılmaqdan üşündürür.) lakin onların müddəasında ədəbi mətnin yeni bucaqdan oxuşunu üçün ciddi təkliflər var.
Femenizm nə demək istəyir, və şeirimizlə onun başqa hansı ilgiləri var? qadın/kişi cütlüyünün qarşı durması, və bununla ilgili qarşıdurmalar, femenizm axımının mərkəzində durur. Onlar, toplumda kişiyə üstünlük verən quruluşu dağıtmaq istəyirlər. Psixolog və siyasi nəzəriyyəçi Ceyn Fləks yanılmır, "femenist epistemologiyanın vəzifəsi bunu aydınlaşdırmaqdır ki, pariarxallıq həm bizim sənətə və bilimə baxışımıza nufuz etmişdir, həm də sənətlə bilimin obyektiv özəlliklərinə. Dünya barəsində və bu dünyada keçdiyimiz tarix haqqında yaxşıca biliyimiz olmadan, (hətta dünyanı necə öyrənəcəyimizi bilmədən) əlverişli ictimai davranışları genişləndirə bilmərik." Qərbdə belə düşünürlər, görən biz necə düşünürük?
Burda əlbəttə son sözü əsasən qadınlarımız deməlidirlər. Onlar isə nəsə demək istəmirlər. Slavoy Jijekin fikirlərindən ilham alaraq qadın məsələsində üç dirəniş formasını və ya mərhələsini görürük ki, Azərbaycan qadın şeiri bir ,ox hallarda nazlana-nazlana onlardan yan keçir. Birinci mərhələ, daxili mərhələdir. Bu mərhələdə qadınlar kişiləri olnların inandığı və savunduğu ailə gələnəklərinə dayanaraq tənqid edirlər: "kişilər! Siz öz üzərinizə götürdüyünüz ailəvi vəzifələrinizə əməl etmirsiniz." Belə bir tənqidə qurşanmış qadınlar unudurlar ki, kişilər tanınmış vəzifələrinə əməl etmirlərsə, demək sistem çatışmazdır, onun dayaqları zülm üzərində qurulub. İnkinci mərhələdə qadınlar deyirlər biz ailədə başçılığı ələ keçirmək istəmirik, biz indikindən daha artıq güc, imtiyaz və səlahiyyət istəmirik, yalnız kişilərin gücü və üstünlüyündən qıraqda yerləşmiş bir sferanı istəyirik. Elə bir sahə ki, onda mədəni və mənəvi istəklərimizi irəli sürək, maddi mənfətlərimizi qoruyaq, hakim qudrəti tənqid edək, və kişi hökmranlığını devirmədən, onun gücünü müəyyənləşdirib məhdudlaşdıraq. Bu mərhələdə qadınlar kişilərə alternativ axtarmasalar da burda kişilər iddia edə bilərlər ki, qadınların güc qazanmaqdan çəkinmələri yalan və riyakarcasınadır. Qadınlar gerçəkdən güc axtarırlar. Üçüncü mərhələdə hər şey aydınlaşır. Azərbaycan toplumunun təcrübə etmədiyi üçüncü mərhələdə qadınlar daha demirlər: "əllərimiz təmizdir, güc axtarmırıq, ağalıq fikrində deyilik." Onlar kişilərin tənqidini qəbul edirlər. "kişilər! Bəli biz güc axtarırıq, niyə axtarmayaq ki, sizin göbəyiniz güclə kəsilməyib ki? Məgər ağalıq sizin alnınıza yazılıbmi?"
ardı var