تبليغاتX
www.eyvaz.org - اورحان پاموکا مکتوب
www.eyvaz.org arazbri www.twitter.com/eyvaztaha
آنا یارپاق| دوشونجه| قیسا یازی‌لار| رومان، اؤیکو| تنقید| کیتاب| درگی، قزئت| گوزگو| کیملیک| فارسی نوشت‌ها| ایمئیل| يارپاق قزئتي| بوتون یازی‌لار||||||||||||


Yarpaq qəzetinin Baş redaktoru Eyvaz TAHAnın 

Orhan PAMUKa məktubu

 

Hörmətli Orhan Pamuk!

Ədəbiyyat üzrə nobel ödülü qazanmağınız hamımızı sevindirdi. Ədəbiyyat bir millətin altbilincinin fəvəranıdırsa, bu ödülü yalnız parlaq zəkanız və çəkdiyiniz zəhmətlərdən dolayı sizə verilmiş bir sovgat sanmaq düzgün olmazdı. Bu, bir  millətin vicdanının dünya səviyyəsində dəyərləndirilməsi deməkdir. Sözsüz ki, bu ödül bütün türk yazıçılarına aid əsələrin daha geniş çevrilib oxunmasına yardım edəcək.

Sayın pamuk! Inaniram ki, toplumun vahid şüuru düşüncələrin zorakı bənzərliyi anlamında deyil. Lakin bədii bacarıqdan əlavə bu ödülün güc quruluşlarına mədhiyə yagdıran yazıçılara vrilmədiyini də anlayıram. Məhz elə buna görə ictimaiyyətin darıxdırıcı durgunlugunu talayan yazıçıların elə bir ödülü qazanmaqda şansı hamıdan çox oldugna inanmasaydım siyasətlə yoğrulmuş bu məktubu yazmazdım. Bu məktubu yazmazdım və sizdən rica etməzdim ki, ölkənizin problemləri bardə açıq danışmısınızsa, bizi də unutmayın. Bizim bu tayda yasaq dilimizdən və talanmış kimliyimizden danışin, o tayda isə Qrabağ faciəsindən. Soyqırım faciəsi, bir milyondan artıq Azərbaycanlı qaçqın uşağın, qadının və qocaların faciəsi, bağımsız bir ölkənin beşdən bir ərazisinin işğal olunma faciəsi. Hər şey aydındır. Sizin qulağınızın dibində dildaşlarınızın biri dilini, azadlığını itirib, o birisi isə evini.

Sayın Pamuk! Bir müddət öncə Frankfoterəlgəmaynə sizin "Mənim Adım Qırmızı" əsəriniz barədə yazandaki, "Bu türk yazıçı roman yazmağın yolunu Avropaya öyrətdi" ürəkdən sevindim. Sevincim haçansa sizə belə müraciət edə biləcəyimdən gəlirdi: "Ədəbiyyat üzrə nobel mükafatı sizə və bütün türklərə nuş olsun!"

 

Təbriz, Yarpaq qəzetinin baş redaktou

Eyvaz TAHA

   2007/8/30  3:52     | 



آنا یارپاق| دوشونجه| قیسا یازی‌لار| رومان، اؤیکو| تنقید| کیتاب| درگی، قزئت| گوزگو| کیملیک| دوشرگه‌نین تاریخی آردیجیللیق‌لا آرشیوی| فارسی‌نوشت‌ها| بیرباشا ایلگی| بوتون یازی‌لار|
● Bir grup öyrəncilərə bağlı bu internet düşərgəsi azərbaycanlı yazıçı
və düşünər EYVAZ TAHAnın yazılarını yayır
● Düşərgədə gedən yazılara görə sayın müəllifdən icazəli olsaq da bütün
texiniki çatışmazlıqların mısuliyyıti bizim üzərimizə düşür
● BU İNTRNET DÜŞƏRGƏSİNDƏN GÖTÜRÜLMÜŞ YAZILARIN QAYNAĞI MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR
● Bizim E-mail ünvanımız: yarpaqnews@gmail.com
● Yazarın E-mail ünvanı: eyvaztaha@gmail.com
© Bütün hüquqları qorunur və düşərgə sahibinə məxsusdur