Brenda Şeferin “Yol” barəsində söyələdikləri
1991-ci ilin sonlarında Azərbaycan dilində «Yol» adlı bir rəsmi jurnalın buraxılışına izn verildi. Yolun hər nömrəsi Azərbaycanca istilahların fars dilinə tərcüməsi gedən «Sözlük» səhifəsini ehtiva edirdi. Oxucu dairəsini genişləndirmək məqsədi güdən belə bir girişim, bu gerçəkliyi göstərirdi ki, Yolun yazıçıları Sovet Azərbaycanında çıxan kitablar və məqalələri oxumuşlar və akademik dairələrdə istifadə olunan terminlərlə tanışdırlar. …