ِAzadlıq qəzetinin Güneyli fəlsəfəçi Eyvaz Taha ilə müsahibəsi “İranda fars dili qurumları, habelə ”bir dövlət, bir millət, bir dil“ konsepsiyasını müdafiə edən mərkəzəçil ziyalılara görə Azərbaycan türkəcəsinin tədrisinə gərək yoxdur. Çünki evlərdə, bazarlarda, küçələrdə və istirahət zonalarında xalqın bu dildə danışmaq azadlığı vardır. Üstəlik, dövlət teləkanallarından bəzi programlar bu dildə səsləndirilir. Güc strukturları soruşurlar siz …
Read More “İnsan azadlığa məhkum deyil, azadlığın özüdür! | Eyvaz TAHA”
“Düşüncə yoxsullumuzun yanılğılar qrammatıkası” silsiləsindən* Türk dilinin ayrı-ayrı qolları 1920-ci illərdə “Ortaq Türkcə” adlana biləcək fenomendə həqiqi anlamda parçalanma baş vedri. Bu parçanlanmada türkceninin müxtəlif qolları qırmızı Moskvanın “Milli məsələ” adlı doktrinası əsasında adalar şəklində formalaşmağa başladı. Bu gəlişim gedişində türkçülük ittihamının qılıncı dil qurumlarının başı üstə dayandığından, doğma istanbul türkcəsi Rus, Ərəb və Fars …
Read More “Dil insanlara həyat, tanrılara isə ad bağışlayır | Eyvaz Taha”
Bir çox millətlərin tarixi kimi, bizim tariximz də kişilərin oylağıdır. 1 Jak Lakana görə, dilin iki yönü vardır: biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü əzib basdırsın. O …
Read More “Şeir, qadın şairlər və feminizm | Eyvaz Taha”
Həmid Herisçinin bir müsahibəsində gedən fikirlər və Azərbaycan təfəkkürünün problemləri Azərbaycanda təfəkkür problemi dərindir. Həmin problem təkcə nəzəri mahiyyət daşımır, onun qığılçımları hər an gündəlik hayatımıza sıçrayır. Başqa sözlə, düşüncə probleminin həyatın obyektiv sahəsi olan və toplumun gerçəkəlşəməsinin şərti sayılan “siyaysət”də də özünü göstərir.[1] Məsələnin kökü rasionallıqdadır. Belə ki, bizdə rasionallığın axsaqlığından dolayı siyasəti üç …
Read More “POSTMODERNİZM AZƏRBAYCANA GƏLMƏDƏN GETMƏK İSTƏYİR | Eyvaz TAHA”
Liviya inqilabında Stalinistdən qalma ənənə birdən-birə baş qaldırdı. Bu ənənə Suriya inqilabında daha planlı, daha qorxunc biçimdə yenidən istehsal olundu: “Etiraf”. Bununla da demokratiya və diktatorluğun tərifində yeni bir ölçü ortaya çıxdı. Başqa sözlə, etiraf aksiyası mənfi anlamda hökumətlərin nə qədər diktator və ya demokratik olduqlarının göstəricisinə çevrildi. “Etiraf” nə deməkdir? Aprel ayının 13-ü Təbriz …
Read More “Ərəb inqilabı: işgəncə və etiraf | Eyvaz Taha”
QADIN OBRAZI, CİNSİYYƏT VƏ ESKİZOFRENİ Yapısöküm [dekonstruksiya] postmodernizmin bir qoludursa, feminizm o biri qoludur. Bunların ikisi də mərkəzləri uçurmağa can atır. Bütün mədəniyyətlər, təfəkkürlər və gələnəklər bir mərkəzin üzərində qurulur: Bir qaynaq, bir həqiqət, bir sabit nöqtə, bir tanrı. Mərkəzlər başqalarına göz yumur, onları əzir, ucqara qovurlar. Örnəyin, patriarxal toplumda kişi məhvərdir, mərkəzdir (corabını da …
Read More “MƏTNDƏN BAŞQA BİR DÜNYA YOXDUR/2 | Eyvaz TAHA”
MƏTNDƏN BAŞQA BİR DÜNYA YOXDUR Eyvaz TAHA Kamal Abdull’anın 2004-cü ildə yayımladığı “Yarımçıq əlyazma”[1] romanı vaxtilə mənfi və müsbət mübahisələr doğurmuşdu. Bildirilmiş münasibətlərin əksəriyyətində vaxtaşırı “postmodernizm” istilahının da ayağı ortaya çəkilmişdi. Lakin çoxları konkret deməmişdi ki, Azərbaycan toplumunda cadu statusu qazanmış bu bic istilahın romanla hansı əlaqəsi var. Görünür bu sözcük paltar və saç modası …
Read More “MƏTNDƏN BAŞQA BİR DÜNYA YOXDUR/1”
Eyvaz Taha qumsallıqda boy atan çinar Ana dili sadəcə kəndimizdə, yörəmizdə öyrəndiyimiz dil deyildir. Bu, dilin ilkin evrəsidir. Dil, insanın bilgilərinin qaynağına və göstərgə aracına dönüşmədikcə axsaqdır, evrənsəl istəklərdən, düşüncülərdən yoxsundur. Dilin tükənməyən bir dərinliyi var. Bu dərinliyə varmadıqca, dalmadıqca önəmli bir yapıt (əsər) yazmaq mümkün olmaz. Bu dərinliyə varış kəndiliyindən insan beyninin əngin uzayına …
Read More “EYVAZ TAHA QUMSALLIQDA BOY ATAN ÇİNAR |Güntay CAVANŞİR”
Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmədək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazırdı. …
Read More “GÜNDOĞAR ÖLKƏSİ: TƏBRİZLİ ŞƏMS VƏ MÖVLANA | Eyvaz Taha”
1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra “postmodernizm” sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim və düşüncə sahələrinə sırımış bu terminlə maraqlanmağımız, irəliləyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni …
Read More “POSTMODERNİZM VƏ ARXADAN ATILAN DAŞ | EYVAZ TAHA”
Jurnalları vərəqlərkən silsiləsindən: Cahan Tehran Alışanoğlu Ədəbi məkanın boşluğu şəraitində, – ki, ayrı-ayrı təzahürləri, qabarma və çəkilmələri çıxmaqla, bizdə post-sovet ədəbiyyatı epoxası əsasən bununla səciyyəvidir, – hər növ, hər yön özgə ədəbi-bədii, estetik-nəzəri materialın bura axarı, yeriməsi təbii, məlum. Çünki mədəni toplum vakuum sevmir. Bu arada ilin əvvəlindən artıq üç sayı çıxmış, istər nüsxə /2500/, …
Read More “CAHAN jurnalı T. Alışanoğlunun baxışında”