Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” kitabının təqdimat mərasimi olunacaq
Bakı, 25 aprel, SalamNesws, S.Babayeva. Aprelin 27-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Səlim Babullaoğlunun “ Ədəbi söhbətlər” kitabının təqdimatı və imza mərasimi keçiriləcək.
Şair-tərcüməçi Səlim Babullaoğlunun SalamNews-a verdiyi məlumata görə, kitabda Orxan Pamuk, Çingiz Bektaş, Ənvər Ərcan, Yasəmin Bayer, Rimma Kazakova,Yuri Polyakov ,Rza Bərahəni, Eyvaz Taha, Larisa Kadırova, Dalmira Tilepbergenov, Şota İataşvili ilə söhbətləri toplanıb.
Bundan başqa, yazıçılar – Anar, Əkrəm Əylisli, Əjdər Ol, Əlisəmid Kür, Çingiz Əlioğlu, Ədalət Əsgəroğlu, İmir Məmmədli, Nigar Həsənzadə, Yavuz Cəlil, Adil Mirseyid Rasim Qaraca və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq artisti Oktay Mir Qasım, bəstəkar Fərəc Qarayevlə müsahibələri də “Ədəbi söhbətlər” kitabına daxil edilib.