dərgilər və qəzetlər


Eyvaz TAHAnın baş yazarlığı ilə buraxılmış dərgilər, qəzetlər

E.Taha doxsanıncı illərdə “Yol” dərgisinin qurucusu və baş yazarı olmuşdur. Sonralar Azərbaycan Cümhuriyyətində “Cahan” dərgisinin təməl daşını qoymuş və o jurnalın baş yazarlığını öz üzərinə götürmüşdür. Habelə o, 2004-ci ildən “Yarpaq” qəzetini çıxarmağa başlamışdır. “Yarpaq” milli hökümət devrildikdən bəri tam azərbaycan türkcəsində çıxan ilk qəzet olmuşdur.

YOL dərgisi

yol-logo-kichik“Yol” ötən yüzilliyin 90-larında Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan tüٍrkəcəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların “Keyan”[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üٍzu görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökümət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özüٍndən önəmsiz olmayan “Kəpənğk” dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifəlrinin sayı 64ـdə qədər artımş bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilrində 25 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üٍzu gördükdən sonra məzmun və dilin diyəşidirilməsinə dair gələn hökümət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi. E. TAHAnın keyhanda əməkdəaşları bunlar idi: rəhmətlik professor Həmid Məhəmmdəzadə, İsmayıl Hadi, Əli Urmulu, Abdulla Bəhrülulumi, Atila Maralanlı, Qəhrəman Nuranı, Əkbər Azad, Elşən Seyidzadə, Əmin Sidiqi, Elyar Kərimxanlı, Nuşin Musəvi. Körkəmli alim doktor Cavad Heyət başda olmaqla Azərbaycanın tanınmış alimləri, yazarları və şairlərinin əksəriyyəti öz əsərləri ilə yolda çıxış etmişlər. İndiki tanınmış rəssamların bir nəçəsi, o cümlədən Hüseyn Novruzi Yol dərgisi ilə şöhrət qazanmağa başlamışlar. Yolun loqosu böyük rəssam və heykəltəraş Nəcibinin işidir. [1] Keyhan iran mətbuat tarixində ən qədim və ən nüfüzlu mətbu orqanların biri, nüfuz baxımından bəlkə də birincisidir. Keyhan müəssisəsində 15-dən çox qəzet və jurnal buraxılır ki, onların ən önəmlisi Keyhan gündəliyidir. Bu gündəlik iranda gedən islahat hərakatına qarşı çıxdığı üçün gözdən düşdü.

CAHAN jurnalı

cahan-logo-kichik1997-dən nəşrə başlamış, kifayət qədər həcmli “Cahan” dərgisinin nəfis, müasir poliqrafik üslubda, üç aydan bir hesabı ilə beş sayı çıxmışdır. “Ədəbi, bədii, elmi, ictimai jurnal”ın baş redaktoru Eyvaz Taha, redaktorları Məsiağa Məhəmmədi və Tahirə Məmməd olmuşdur. “Cahan”ın dünya ədəbiyyatı boyu bugünlü gəzişmələrə həvəsi bir zaman “İnostrannaya literatura” jurnalının ədəbi informasiya məkanımızda, doğrudur, özgə dildə, lakin gərəkli işini , oynadığı rolu xatırladır. Mündəricədə olmasa da, ən azı strategiyada. Habelə “Cahan”da çağdaş Azərbaycan ədəbiyyatından seçmələr dünya ədəbiyyatından ayrı-ayrı çevirmələr arasında görürük. Və hətta bu növ poetik sərgi prinsipi sanki eklektik yanaşmadan danışmağa əsas verir. Amma ilk təəssürat aldatmasa da, yalnız qismən doğru olur. Bədii nümunələr dərginin ümumi havasında az yer tutur, məhz poetik notlar qədərində. Günün tələbini və başlıca missiyasını, görünür, jurnal bunda görmür.Hətta bəzi məqamlarda (məsələn, hər sayı tamamlayan “Çələng”, “Yeni kitablara baxış”, “Antirubrika” qismindən Mikayıl Yaqubzadənin ardıcıl yazıları) “Cahan”ın həmin imitasion plandan heç də çəkinmədiyini görmək olar. “Dünya”nın bizə artıq rus dili vasitəsi ilə deyil, özgə səmtdən gəlişdiyini, azacıq görünsə belə, mən jurnaldakı kiçicik xətalarda, ya bəlkə transkripsiya fərqlərindən də sezirəm. Deyək, bugünə qədər Ay Tsin deyə tanıdığımız şair “Cahan”da “Çinin ən məşhur şairlərindən sayılan Ay KU İnq” olur, yaxud Oktavio Pas kimi məşhur olan yazıçı dönüb burda “Oktavio Paz”, Amerika yazıçısı Edqar Allan Po isə “Edqar Alen Po” olur… Hər halda bu, həm də rus dilinin ötürücülük missiyasının “laxladığını” – bizə xəbər verir. Bunun yerini hər hansı bir özgə dilmi tutmalıdır, yaxud orijinaldan çevirmələr? – bu isə şəksiz, nəzəri yox, praktiki məsələdir: yəni birbaşa, əslindən tərcüməçilər çatışmadıqca səhvlər də olasıdır… İndilik uğurlusu budur ki, “dünya” – “Cahan” bizimlə bizim dildə danışmağa çalışır, səy edir.

YARPAQ qəzeti

Yarpaq-latin-kichikYARPAQ qəzeti 2004-cü ildən etibarən Tehran və Təbrizdə çıxırdı. Yarpaq 12 səhifədə və tam Azərbaycan dilində (ərəb əlifbasında) nəşr olunur, azərbaycanlılar, qaşqaylar və xələc türkləri yaşayan bölgələrdə yayılıdı. Yarpağın baş ofisi Tehranda yerləşri, amma onun materiallarının böyük hissəsi Təbriz, Ərdəbil, Urmiyə və Bakıda hazırlanırdı. Yarpaq Azərbaycan mətbuat tarixində tam Azərbaycan türkcəsində çıxmış yeganə qəzetdir. Bundan öncə buraxılmış nəşr orqanları ümumiyyətlə Fars dilində  və Azərbaycan türkcəsində dillərin çıxırdı. Qəzet məzmun və dizayn baxımından Güney Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi olmuşdur.


دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *