Eyvaz Tahanın buraxdığı nəşr orqnlarının bir də YARPAQ qəzeti idi. Qəzet 2004-cü ildən etibarən Tehran və Təbrizdə çıxırdı. Yarpaq Güney Azərbaycan mətbuat tarixində tam Azərbaycan türkcəsində çıxmış yeganə qəzetdir. Bundan öncə buraxılmış nəşr orqanları ümumiyyətlə Farsca və Azərbaycan türkcəsində çıxırdı. Qəzet məzmun və dizayn baxımından Güney Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi olmuşdur. Qəzet 2011-ci ildə iran dövlətinin əmri ilə bağlandı .Örnək üçün onun bir sayısında gedən yazıların başlığını veririk.
YARPQ qəzetinin 14-cü sayısında gedən yazıların bəzisinin başlığı:
– Züleyxa Qazizadə: Araz küsür bu şəhərdən (arazın ermənilər vasitəsi ilə çirklənməsi)
– Çingiz Aytmatov: Yazıçı kimdir, yazıçılıq nədir
– Eyvaz Taha: Şəms və Mövlana
– Səlim Babulla Oğlu ilə Orahan Pamuk barədə müsahibə
– Adonis:Yaşam məndə qorxu yaradır.
– Eynulla Baqirzadə: Hana Arent, totaliterizm və ideologiya.
– Cəlal Bəydili: Miflərdə günəşə necə baxılır.
– Heydər bəyat: Yazıçılar qapısında Əzrayıl.
-Aytən Haciyeva: Antologiya yoxsa təzkirə.
– Məhəmməd Əli Fərzanə: Dil, dünya dilləri və Azərbaycan türkcəsi (rəhmətlik alimin Yrpağın ixtiyarında qoyduğu arxivindən)
– Frens Papenheym: Texnika və yadlaşma.
– Məhəmməd Əli Niqabi: Təbrizli Saib və unun çap olunmamış qəzəlləri.
-Cəmil Meriç: Bir faciənin hekayəsi.
– Hümmət Şəhbazı: Şeir sınırsızdır (E.Tahanın “Şeir varlığın evidir” başlıqlı kitabının tənqidi).
– Ramin Cəbbari Əlqənnab: Musiqimiz öz yolunu Getməkdədir (H. Asəfinin tənqidinə cavab)
– Səadət Şıxıyeva: “Ənəlhəq” Mövlana və Nəsimi yozumlarında.
– Bəhruz Sədiqi: Gəl qarnına qaytar məni (qarabağ qaçqınları barədə)
– Günel Mövlud: Futbol, qadınlar və kişilər.
– Rəsul cəfəri: Ora.
– Fətulla Zövqi: Tarixin təhrifi.
– Şerlər və hekayələr: Nitsşe, Çingiz Aytmatov, Haşim Tərlan, —–İmran Səlahi, İsmayıl Şıxlı, Heydər bəyat, Həmid Herisçi, Ərəstu Mücərrəd, Rza Kazimi, Əlisəmid Kür, Artur Rembo, Balayar Sadiq, Murad Köhnəqala, Lida Fəllah, Yusif Behnəmun, Baraz və…
– Başqa yazılar, reportajlar, yumorlar, xəbərlər. (Yarpağn bir saıyısını bir il oxuyacaqsınız!)