Yarpaq qəzeti haqda bir suala Eyvaz Tahanın cavabı
“Yarpaq” qəzeti 2004-cü ilin ortalarından ardıcıl olaraq çıxmağa başladı. Bu, tam Azərbaycan dilində, 12 səhifədə, gözəl tərtibatla çıxan müstəqil qəzetdir. Qəzet Azərbaycanlılar, Qaşqaylar, Xorasan və Xələc türkləri yaşayan bölgələrdə yayılırdı. “Yarpağ”ın mərkəzi ofisi Tehranda yerləşirdi, amma onun materiallarının böyük bölümü Təbriz, Ərdəbil, Urmu və Bakıda hazırlanır, son məqamda İnternet vasitəsilə bir-birinə calanırdı. Qəzetdə ümumiyyətlə, Azərbaycan mədəniyyəti, dili və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklər 4 səhifədə işıqlandırılırdı. Bir səhifə şeirə, bir səhifə isə bədii nəsrə ayrılırdı. Bir səhifəlik satira, yumor və karikatura gedir, bir səhifədə isə türk dünyasına aid müəyyən müəyyən mövzu ayrı-ayrı bucaqdan araşdırılır. Tam 4 səhifədə isə humanitar elmlər, fəlsəfə və tənqidə yer verilirdi. “Cahan” jurnalının görə bilmədiyi işlərdən biri postmodernizmin ədəbiyyatda tətbiqi idi. Söz yoxdur ki, postmodernizm, fəlsəfədən öncə memarlıqda yarandı. Sonralar bu terminni nəzəri kökləri ədəbiyyatda da axtarılmağa başladı. Yarpaq′da bu məfkurənin ədəbiyyatda yayılmasına zəmin yaratmaq üçün dünya üzrə bu düşüncə tərzinədə yazılmış əsərlərə yer veririlirdi. Ancaq bu, planlı və geniş ölçüdə görülmüş bir iş deyildi. Vaxtiylə Güney azərbaycanlı oxucunun öz dilində fəslsəfi materiallrala tanış səviəyyəsini oxucularıın dilində nəzərə alaraq Yarpaq bu çatışmamazlığı aradan qaldırmaq istəyirdi.
Üstəlik, Yarpaq qeyri-siyasi bir qəzet olsaq da, siyasətin mədəniyyət üzərində buraxdığı təsiri qulaqardına vurmağı bəyənmədi. Siyasət Çünki güneyin sisayasi durumu nəzərə alındıqda mədəni-ictimai bir qəzet müəyyən bir ictimai bucaqdan adıçəkilən qaydalara toxunmalıdır. Çünki istənilən siyasi hadisə ancaq bizim güman etdiyimiz istiqamətdə deyil, çoxölçülü bir biçimdə gəlişir. Olayların belə gəlişməsi ora gətirib çıxarır ki, nəinki bilginlər, yazıçılar, şairlər və incəsənət xadimləri, hətta siyasətçilər də tarix arabasının təkərləri altında qabırğalarının sındığını görürlər. Belə bir anda mənliyi danılıb unudulmuş xalqlar öz paylarını Orta Şərqin keçmişinə calanmış solğun xatirələrdə deyil, varlıqlarını qoruya biləcək siyasi, ictimai və mədəni quruluşlarda axtarırlar. Onlar haqlı olaraq güman edirlər ki, söz, vicdan və əqidə azadlığı ancaq demokratik siyasi quruluşlarda gerçəkləşə bilər. Hansı ölkənin və ya hansısa bir hökumətin demokratik olduğu iddiasına baxmayaraq, demokratiyanın meyarı insanların söz, vicdan və əqidə azadlığına nə qədər sayqı bəsləyib onları qoruduğundan asılıdır. Bu kəskin məsələnin nəzəri və fəlsəfi köklərini araşdırmağı Yarpaq yaradıcı heyəyi özünün böyük borcu sanmışdı.
“Ədəbiyyat” qəzeti,
(Bakı, 21 oktyabr 2005)