Əziz Azərbaycanlılar!
Qarşılaşdığımız bu gərgin durumda Mir Hüseyn Musəviyə səs vermənizi xahiş edirəm. Məhəmməd xatəmi prezidentliyə adaylığını irəli sürərkən islahatçıların milli haqlarımız barədə saymazca davrandıqları barədə tənqidi baxışlarımı geniş biçimdə açıqlamaq istədim. Lakin zaman ötdükcə anladım ki, “gözəl can” rolunu ifa etmək və ya “ən pis ən yaxşıdır” tezisinə inamaq mövcud durumun dahada uzanmasına gətirib çıxaracaq. Başq sözlə, Ahmədinəjad kimi birisinin bir daha seçilməsinə səbəb olacaq ki, onun rəsmi qəzetində xalqımız təhqir olundu, və üsyan dalğalarını yatırtmaq üçün güc qüvvələri küçələrə yerdildi.
Mən 570 adayın arsından ancaq dörd adaya seçilmək imkanı verildiyi üçün bu seçkilərə qatılmaq istəmirdim, amma indiki dövlət adamlarının dəmir santralizmi və kütlənin təməl haqlarına etinasızlığı üzündən xalqıma müraciət etmək məcburiyytəndə qalmışam. Çünki bundan artıq susğun qalmağın bircə sonocu ”kimlik” axtarışına həsr olunmuş dirəniş hərəkatına yeni-yeni yaraların vurulması olacaq. Habelə bu kiçik çağırışımda söz azadlığı, vətəndaşlıq haqları və ana yasanın 15-ci maddəsinin tətbiqi barədə Mir Hüseyn Musəvinin verdiyi vədlərə göüzümü tikmişəm.
Azərbaycanlı kiçik vəndaş
Eyvaz TAHA
2009.6.10