TƏBRİZ UNİVERSİTETİNDƏ ŞEYX MƏHƏMMƏD XİYABANİNİN ANIM MƏRASİMİ KEÇİRİLİB

2006-11-28

Noyabrın 27-də Təbriz Universitetinin Ustad Şəhriyar zalında Şeyx Məhəmməd Xiyabaninin xatirəsini yad etmək məqsədilə təntənəli mərasim keçirilib. Mərasimə tələbələrlə yanaşı Tehrandan və Güney Azərbaycanın ayrı-ayrı şəhərlərindən qonaqlar da qatılıb.

Tədbirin birinci hissəsində klip nümayiş etdirilib. Klipin ardınca Təbriz Universitetinin rektoru Cavanpur Şeyx Məhəmməd Xiyabaninin keçdiyi həyat yolundan söz açıb.

Məşhur Azərbaycan alimi Hüseyn Məhəmmədzadə Sədiq Ş.M.Xiyabaninin xidmətlərindən danışaraq onun siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar verib. Çıxışında H.M.Sədiq Təbriz Universitetində türk dili kurslarının bərpa olunmasının vacibliyini də vurğulayıb. Cavanpur isə bu məsələdə əlindən gələni əsirgəməyəcəyini bildirib.

Natiqlərdən Həsən Əlizadə Ş.M.Xiyabani şəxsiyyətinin dərindən öyrənilməsi üçün müəyyən bir qurumun yaradılmasını təklif edib.

Tədbirin birinci hissəsində Aşıq Çingiz Azərbaycanın aşıq mahnılarını ifa edib, gənc Azərbaycan şairi Səid Muğanlı bir neçə şeir oxuyub.

İkinci hissədə çıxış edənlər arasında jurnalist Eyvaz Taha, höccətülislam Müslih də olub.

Mərasimin sonunda İran parlamentinin keçmiş üzvü Əkbər Ələmi Ş.M.Xiyabani kimi böyük şəxsiyyətlərlə bağlı bu cür toplantıları tez-tez keçirməyin vacib olduğunu deyib.

http://www.mediaforum.az

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *