SON GÜNLƏR İRANDA HƏBS OLUNAN və İNDİYƏDƏK HƏBSDƏ SAXLANAN AZƏRBAYCANLI JURNALİSTLƏRİN SİYAHISI

2006-06-07 

Məlum olduğu kimi, son günlər İranda baş verən hadisələrlə əlaqədar bu ölkədə nəşr edilən türkdilli mətbu orqanların əməkdaşları – azərbaycanlı jurnalistlər də həbs olunub. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosu həmin jurnalistlərin bugünə məlum olan siyahısını «Media forum» saytına təqdim edib. Siyahıda adı göstərilən jurnalistlər 2006-cı il mayın 25-dən 29-dək olan dövrdə həbs ediliblər, indiyədək həbsdə saxlanırlar və onların təmsil etdikləri nəşrlərin hamısının fəaliyyəti dayandırılıb.

 

2006-cı il mayın 25-dən 29-dək olan dövrdə İran İslam Respublikasında həbs edilən və indiyədək həbsdə saxlanan azərbaycanlı jurnalistlərin siyahısı:

 

Jurnalistin adı

İş yeri

Hansı
şəhərin
həbsxanasında saxlanır

Heydər Şadi

Müdərris Universitetində türk tələbələrin nəşr etdiyi jurnalın redaktoru

Tehran

Əli Nəzəri

Ərdəbildə nəşr olunan «Araz» həftəlik qəzetinin redaktoru

Ərdəbil

Vəhid Dərgahi

Ərdəbildə nəşr olunan «Avai Ərdəbil» həftəlik qəzetinin redaktoru

Ərdəbil

Riza Kazımi 

«Avai Ərdəbil» həftəlik qəzetinin əməkdaşı

Ərdəbil

Hamid İman

«Avai Ərdəbil» həftəlik qəzetinin əməkdaşı

Ərdəbil

Oruc Əmiri

Mərənddə türk dilində nəşr olunan yeganə jurnalın əməkdaşı

Mərənd

Vedud Əsədi

Ərdəbildəki özəl universitetin Əncümən İslam Şurasının sədri

Ərdəbil

Eyvaz Taha

Təbrizdə nəşr olunan «Yarpaq» həftəlik qəzetinin redaktoru

Təbriz

Mehran Təbrizi 

Urmiyada nəşr olunan «Nəvid Azərbaycan» həftəlik qəzetinin redaktoru

Urmiya

Hüseyn Mocdi

Ətraflı məlumat yoxdur. «Yarpaq» qəzeti ilə əməkdaşlıq etdiyi bildirilir.

Təbriz

http://www.mediaforum.az

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *