Güney Azərbaycanın ədəbi dilndə böyük canlanma var. Bu gedişdə dillə yeterincə tanışlığın yoxluğundan dolayı geniş yanlışlıqlar buraxılır. Bunun üçün Güney yazarları Respublikanın rəsmi dilini dəqiq oxumalıdırlar. Güney dil baxımından Quzeyə möhtacdır. Ancaq bizdə müsbət məqam da var–təntəli dildən uzaqlaşmaq. Biz Az tvnin yarı Rus, yarı Fars türkcəsini qullanmaqdansa doğma sözlərə üstünlük veririk. “Daxil olmaq” yerinə “girmək”dən utanmırıq. “İmtina etmək”, “təqdim etmək”, “müharibə etmək”dənsə “Çəkinmək”, “sunmaq”, “savaşmaq” deyirik. (Görün ikinci sıradakı döğma sözcüklər nə qədər qısa, aydın və gözəldir.) Biz “işgüzar”, “insanpərvər”, “intensivləşdirmək” kimi bic sözləri yaxına buraxmırıq. Biz mənfi anlam daşıyan “Türkün məsəli” deyimini tarixə gömməkdəyik.
Rəsmi dil zaman axarında tam calaqlaşıb. Örnəyin “MSK-ya deputatları cəzalandırmaq hüququ verən layihə parlamentin plenar iclasına tövsiyə olunub”* cümlədəsində yalnız iki doğma söz var. Dil olduqca önəmli, eyni halda qorxunc fenomendir. Dilin belə çaları Sovetdən qalmadır. Onun üzərində tam modern bir toplum dikəltmək mümkün deyil. Ziya Gökalpa görə “Osmanlı türkcəsi üzərində dövlət-millət quruluşu yaratmaq olmazdı”. İlgili qurumlar Azərbaycan türkcəsinin calaqlıq probleminə çözüm yolu axtarmalıdırlar.
__________________
* Cümlənin qaynağı: http://www.azadliq.az/…/msk-ya-deputatlari-cezalandirmaq-h…/
** Bu yazının dürtüsü Rasim Qaracanin bir statusundan gəldi.