Orhan PAMUKa məktub

 

Yarpaq qəzetinin baş redaktoru

Eyvaz TAHAnın Orhan PAMUKa məktubu

Hörmətli Orhan Pamuk!
Ədəbiyyat üzrə nobel ödülü qazanmağınız hamımızı sevindirdi. Ədəbiyyat bir millətin altbilincinin həyat ərsəsinə calanmasıdırsa, bu ödülü yalnız parlaq zəkanız və çəkdiyiniz zəhmətlərdən dolayı sizə verilmiş bir sovqat sanmaq düzgün olmazdı. Bu, bir millətin vicdanının dünya səviyyəsində dəyərləndirilməsi deməkdir. Sözsüz ki, bu ödül bütün türk yazıçılarına aid əsələrin daha geniş çevrilib oxunmasına yardım edəcək.

Sayın pamuk! İnaniram ki, toplumun vahid şüuru düşüncələrin zorakı bənzərliyi anlamında deyil. Lakin bədii bacarıqdan əlavə bu ödülün güc quruluşlarına mədhiyə yağdıran yazıçılara vrilmədiyini də anlayıram. Məhz elə buna görə ictimaiyyətin darıxdırıcı durğunlugunu talayan yazıçıların elə bir ödülü qazanmaqda şansı hamıdan çox olduğna inanmasaydım siyasətlə yoğrulmuş bu məktubu yazmazdım. Bu məktubu yazmazdım və sizdən rica etməzdim ki, ölkənizin problemləri barədə açıq danışmısınızsa, bizi də unutmayın. Bizim bu tayda yasaq dilimizdən və talanmış kimliyimizden danışin, o tayda isə Qrabağ faciəsindən. Soyqırım faciəsi, bir milyondan artıq Azərbaycanlı qaçqın uşağın, qadının və qocaların faciəsi, bağımsız bir ölkənin beşdən bir ərazisinin işğal olunma faciəsi. Hər şey aydındır. Sizin qulağınızın dibində dildaşlarınızın biri dilini, azadlığını itirib, o birisi isə evini.

Sayın Pamuk! Bir müddət öncə Frankfoterəlgəmaynə sizin “Mənim Adım Qırmızı” əsəriniz barədə yazanda ki, “Bu türk yazıçı roman yazmağın yolunu Avropaya öyrətdi” ürəkdən sevindim. Sevincim haçansa sizə belə müraciət edə biləcəyimdən gəlirdi: “Ədəbiyyat üzrə nobel mükafatı sizə və bütün türklərə nuş olsun!”

 

Təbriz, Yarpaq qəzetinin baş redaktou
Eyvaz TAHA

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *