BU TORPAQ ALTDA YATANLAR! | Eyvaz TAHA

deprem55Rəvayət yenidən yazılır. Vərzəqan şəhrində bircə xəstəxanası olmayan hökümət həmin ruslardan aldığı ikinci əl atom enerjisi texnıkasına öyünür; xalqına gərəkli olan benzin və toyuq ətini təmin etməkdə aciz qalan bir dövlət həmin rusyadan aldığı ikinici cahan savaşına ayd sualtı gəmilərlə fəxr edir. Onun monofonik televiziyası Əhər, Heris və Vərzəqan sakinlərinin zələzlə uçqunu altda qaldığı gecə insanların canını onudur, tanrı dərgahına riakaranə dualar və yalvarışlarla məşğül olur. Din gəlmişdi insanların qurtuluş qaranquşu olsun, indi ancaq insanların canı dinin müəyyən oxuşuna qurban gedir.

 

İran adlanan ölkənin prezidenti dünyada ədalətin bərpasına dair çıxışlar edir, “Qaradğ” da baş verənlər isə elə bir iddiaları gülünc anekdotlara çevirir. İnanmırsanızsa zəlzlədən sonra ayaqüstə qalmış siniq-salxaq seyrək binaların görkmində yoxsulluğun iyrənc simasına baxın! İnnmırsınızsa Qaradağın körpə uşaqları torpaq altında can verərkən Əhmədinəjadın ölkə xaricinə sahtinə baxın, mədinə də müstəhəbbi ziyarətinə! Doğrusu , özgələrin korrupsiyaya qurşandığı barədə gur səslə danışan prezidentin dövlət büdcəsini qeyri-qanuni yollarla mənimsəməkdə ittiham olunan köməkçisinin məhəkməsi hara gedib çatdı? Doğrusu dövlt banklarından oğurlanmış o üç milyard dollar necə oldu? Doğrusu Türkiyə torpağından Livana yollanan o 18 milyard dollar kimin idi, kimə çatdı? Bu ölümcül yuxsullğun ağır yaralarını sarımaq üçün o pullara kəskin ihtiyac var axı!

Ürəyim yanır Qaradağ zəlzəsində oçqunlar altında qalaraq canını itirmiş yazıq soydaşlarıma. Ürəyim yanır Suriyanın Dera şəhrində Bəşşar Əsdın tankları evlərini başlarına oçurmuş məzlum uşaqlara. Və bircə təsəllim budur: zülm yerdə qalmaz.

______________________________

Bu yazının farsca varıantı zələzlə gecəsi ictimai şəbəkələr və internet düşərgələrində geniş yayılmışdı.

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *